شئعیرلریم

بو بلاگدا هردن جیزما قارالادیغیم شئعیرلریمی یازماق ایسته ییرم.

شئعیرلریم

بو بلاگدا هردن جیزما قارالادیغیم شئعیرلریمی یازماق ایسته ییرم.

Bir şeir yazacam unudam səni

!Əlvida Sevgilim, Əlvida gülüm

.Çalış unudasan olub- Keçəni 

,Çulqayır bağrımi bu gecə ölüm 

,Bir təhər keçirsəm bu nəhs gecəni 

Bir şeir yazacam unudam səni 

******

,Bu sevgi qanımı içir könlümdən 

,Bu quş qanadlanıb, köçür könlümdən 

 1"Dəli bir ağlamaq keçir könlümdən"

Bir an göz yaşları buraxsa məni 

.Bir şeir yazacam unudam səni 

******

Sevginin dadısan, sözün duzusan 

Görünür kiminsə bəxt ulduzusan 

Mən aran oğluyam, sən dağ qızısan 

Gəz, dolan dağları,  düzü,  çəməni

.Bir şeir yazacam unudam səni

******

,Xoş bir gün görmədim mən bu həyatda 

.Daim yol itirdim bu züləmatda 

.Bir axşam çağında gün bata-batda 

.Dağıdıb başımdan dumanı- çəni 

.Bir şeir yazacam unudam səni 

******

.O qəmli köksündən qopub gedirəm 

.Bir həzin mahnıya hopub gedirəm 

.Soyuq əllərindən öpüb gedirəm 

,Bağışla sevgilim, Əfv eylə məni

                           .Bu şeiri yazıram unudam səni

1:Nüsrət kəsəmənli

Bu gecə mən öləcəm

Bu gecə mən öləcəm, qalmıyacam sabaha

Belə hicran gecəsi görmiyəcəm bir daha

Səni bu gündən bəri tapşırıram allaha

Gün gələcək ğururun gözlərindən axacaq

Mənə bu etdiklərin sənə çoxa baxacaq

***

Sabahadək cücərər məzarımın baş daşı

Qal yaşa sən dünyada iblislərlə yanaşı

Nanəcibin önündə tökdüyün o göz yaşı

Məni məzarımda da yandıracaq yaxacaq

Mənə bu etdiklərin sənə çoxa baxacaq

***

Bu gecə mən ölürəm əlim qalır yaxanda

Diksinməsin gözlərin gözlərimə baxanda

Asi rühum səksənib bədənimdən çıxanda

Bir tufan qopacaqdır, bir ildırım çaxacaq

Mənə bu etdiklərin sənə çoxa baxacaq

***

Nə müddətdir ürəyim əlində zindan çəkir

Zəli kimi bu sevgi damarımdan qan çəkir

Demirsən ki bu yazıq neçə ildir can çəkir

Sanırsanmı döşünə biri medal taxacaq

Mənə bu etdiklərin sənə çoxa baxacaq

"Rüstəm Fərzanə"